İran üçün əsas prinsip milli mənafedir – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran üçün əsas prinsip ölkənin maraq və milli mənafeyidir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai
bu gün (27 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.

“Ölkənin milli maraq və mənafeləri ilə bağlı qərarların qəbulu
sadə, tək dəyişənli məsələ deyil. Bu prosesə təsir edən çoxsaylı
amillər və dəyişənlər nəzərə alınmalıdır. İran heç vaxt icazə
verməyib və icazə verməyəcək ki, ABŞ müharibə və sülhün zamanını
təyin edən tərəf olsun”, -deyə o qeyd edib.




Bəqai deyib ki, İran mənafeyi tələb etdiyi zaman müdafiə edir,
lazım olduğu halda milli müdafiə üçün diplomatiya vasitəsindən
istifadə edir.

“Qarşı tərəf İranın üç gün ərzində dağılacağını düşünürdü. Lakin
hazıra 5 aydan sonra müharibə bataqlığına düşüblər”, -deyə o
bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir