
Bakı.Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) İordaniya ilə sərhəd yaxınlığında
iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirib.
Bu barədə IDF-in Mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri İordaniya ilə sərhəd yaxınlığında
aşkar edilən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. PUA-lar
İsrail sərhədini keçməyib”, – deyə məlumatda bildirilir.
Hərbi qurumdan qeyd olunub ki, pilotsuz uçuş aparatlarının
buraxıldığı yer müəyyənləşdirilir.
“Hava həyəcanı siqnalları prosedura uyğun olaraq
aktivləşdirilməyib”, – deyə IDF-in Mətbuat xidməti əlavə edib.

