
Bakı.Trend:
Binəqədidə obyektdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın
Binəqədi rayonu, Binəqədi–Novxanı–Mehdiabad yolunda yerləşən
obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Nazirliyin məlumatına görə, havanın küləkli olmasına baxmayaraq,
həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən
məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam
etdirilir.
Faktla bağlı əlavə məlumat veriləcəyi bildirilib.

