İranın ABŞ ilə heç bir müzakirəsi yoxdur – Bəqai

Baş səhifə

Bakı. Trend:

Hazırda İranın ABŞ ilə heç bir müzakirəsi yoxdur.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl
Bəqai bu gün (27 iyul) Tehranda keçirilən mətbuat konfransında
deyib.

“İran və ABŞ arasında müzakirənin aparılması haqda bir sıra
mediada məlumatlar yayılır. İranın hazırda ABŞ ilə heç bir
müzakirəsi yoxdur”, -deyə o qeyd edib.

Bəqai bildirib ki, İran hazırda müzakirələr aparmaqdadır və
həmin müzakirədən fərqli analizlər irəli sürülə bilər. İran hazırda
Omanla Hörmüz boğazı ilə əlaqədar lazımi tədbirlərin yaradılması
məqsədilə müzakirə aparmaqdadır.




“İran və Oman arasında Hörmüz boğazı ilə əlaqədar aparılan
müzakirələrin ABŞ ilə heç bir əlaqəsi yoxdur. İki sahilyanı ölkə
olaraq İran və Oman arasında Hörmüz boğazında gəmilərin keçidinin
idarə olunması haqda danışıqlar davam etdirilməkdədir”, – deyə o
bildirib.

Bəqai əlavə edib ki, Hörmüz boğazı 28 fevrala qədər açıq idi.
Hörmüz boğazındakı hazırkı vəziyyət ABŞ və İsrailin İrana qarşı
hücumlarının nəticəsidir. ABŞ-nin hücumlarına görə, Hörmüz boğazı
bağlıdır.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir