Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Türkiyə Respublikasının İstanbul şəhərindəki baş
konsulu Nərminə Elsevər qızı Mustafayeva vəzifəsindən geri
çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin
mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib.

Sərəncama əsasən, Nərminə Elsevər qızı Mustafayeva Türkiyə
Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş
konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi
vəzifələrindən geri çağırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir