
Bakı.Trend:
İordaniya hərbi hava qüvvələrinə aid qırıcılar ölkə ərazisindəki
obyektlərə hədəflənmiş iki pilotsuz uçuş aparatını (PUA)
zərərsizləşdirib.
Bu barədə “Petra” xəbər agentliyi krallığın Silahlı Qüvvələr Baş
Kommandanlığından olan mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl İsrail Müdafiə Nazirliyi də İordaniya ilə sərhəddə
iki PUA-nın zərərsizləşdirildiyini bəyan etmişdi.

