
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində daha bir nəfər xəsarət alıb.
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, küləkli hava ilə bağlı baş vermiş hadisə nəticəsində 10.07.2021-ci il təvəllüdlü uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Aparılan müayinələr nəticəsində pasiyentə sağ əlin ikinci barmağının əzilmiş cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə rentgen müayinısi edilib, azeptik sarğı və qips langet qoyulub.
Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib
***
18:12
Əlverişsiz hava şəraiti ilə əlaqədar 27 iyul tarixində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə 4 çağırış qeydə alınıb.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
“Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub. Güclü külək nəticəsində 4 nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.
Onlardan 2 nəfər (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərin (kişi) müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. 1 nəfərə isə (qadın) zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub”, məlumatda deyilıir.
***
17:12
Bakıda iyulun 27-də güclü külək nəticəsində dörd nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
Onlardan ikisi (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir kişinin müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Bir qadına isə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
İki nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

