
Bakı. Trend:
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi
ərazisində inşa edilən yeni avtomobil körpüsünün tikintisi
yekunlaşıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyinin Mətbuat
xidməti məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində köhnə körpü sökülərək onun
yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü inşa
edilib. Körpü müasir mühəndislik tələblərinə uyğun
layihələndirilərək tikilib.
Tikinti işləri çərçivəsində körpünün dayaqları və aşırım qurğusu
inşa olunub, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik
çəpərləri, səki hissələri və digər yol infrastrukturu elementləri
quraşdırılıb.
Artıq yeni körpü nəqliyyat vasitələrinin istifadəsinə
verilib.

