Putin Rusiya ordusunun sayını yenidən artırdı

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin ştat sayının artırılması barədə fərman imzalayıb.

Modern.az xəbər verir ki, fərmana əsasən, Rusiya ordusunun ümumi ştat sayı 2 milyon 426 min 130 nəfərə çatdırılıb. Hərbi qulluqçuların sayı isə 1 milyon 510 mindən 1 milyon 535 min nəfərə yüksəldilib.

Sənəd avqustun 1-dən qüvvəyə minəcək. Fərmanda qeyd olunur ki, dəyişikliklər Rusiya Silahlı Qüvvələrində hərbi-tikinti bölmələrinin yaradılması ilə əlaqədardır.

Bundan əvvəl ordunun ştat sayının 2 milyon 399 min 130 nəfərə çatdırılması barədə fərman bir qədər əvvəl imzalanmışdı. Həmin artımın səbəbi isə açıqlanmamışdı.

Bu, 2026-cı ilin mart və iyun aylarında qəbul edilən qərarlardan sonra son altı ayda ordunun sayının artırılması ilə bağlı üçüncü fərmandır. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri isə Vladimir Putin ordunun sayını altıncı dəfə artırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir