
Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında nizamlanma planının
tərksilah və mülki idarəçiliklə bağlı iki bəndinin həyata
keçirilməsinə razılıq verib.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, söhbət planın 5-ci və 8-ci bəndlərindən gedir.
Həmin bəndlər HƏMAS-ın hərbi strukturunun mülki idarəçilikdən
ayrılmasını, həmçinin silahların beynəlxalq nəzarət altında yeni
Fələstin strukturlarına təhvil verilməsini nəzərdə tutur.
Qeyd edək ki, Sülh Şurası İsrail və HƏMAS arasında Qəzzanın
idarə olunması ilə bağlı razılaşma əsasında yaradılıb. Yanvarın
22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19
ölkənin nümayəndələri təşkilatın Nizamnaməsini imzalayıb.

