
Bakı. Trend:
Fransanın nüfuzlu “L’Équipe” nəşri “RB Leypsiq”in hücumçusu Yann
Diomandenin “Real Madrid”ə transferi ilə bağlı “Pari Sen-Jermen”in
mövqeyini açıqlayıb.
Daha əvvəl parislilərin oyunçuya olan marağı barədə məlumat
verilmişdi.
“RB Leypsiq” cəmi bir il əvvəl İspaniya ikinci divizionunda
oynayan istedadlı oyunçu üçün həddindən artıq böyük məbləğdə pul
istəyirdi. Biz sadəcə bir klubun şousu üçün həddindən artıq böyük
məbləğlər xərcləmək niyyətində deyilik. Bu, hazırda “Real Madrid”də
baş verənlərdən çox şey xəbər verir”, – nəşr klubun mövqeyindən
sitat gətirir.
Ötən mövsüm Diomande bütün turnirlərdə 36 oyunda meydana çıxıb,
13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt
portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon
avrodur.

