
Bakı. Trend:
Böyük Britaniyada milyonçu sayının son illərdə kəskin azalaraq
ən azı 2008-ci ildəki qlobal maliyyə böhranından sonrakı ən aşağı
səviyyəyə endiyi açıqlanıb.
Bu barədə Adam Smit İnstitutunun dərc etdiyi araşdırmada məlumat
verilib.
İnstitutun hazırladığı “Milyonçular İndikatoru”na görə, 2021-ci
ildə ölkədə sərvəti 1 milyon funt sterlinqdən artıq olan 1
milyondan çox insan yaşayırdı. Lakin son beş il ərzində bu
göstərici 422 min nəfərə qədər azalaraq 2008-ci ilin səviyyəsinə
enib.
Araşdırmada qeyd olunur ki, bu azalmanın əsas səbəbləri yüksək
faiz dərəcələri, Böyük Britaniya iqtisadiyyatına inamın zəifləməsi,
real aktivlərin dəyərinin aşağı düşməsi, ağır vergi yükü və
gələcəkdə vergilərin artırılacağı ilə bağlı gözləntilərdir.
Tədqiqat müəlliflərinin fikrincə, varlı insanların ölkəni tərk
etməsi Böyük Britaniya iqtisadiyyatı üçün mənfi nəticələr yaradır.
Bildirilir ki, milyonçuların biznes fəaliyyətləri və
investisiyaları çoxsaylı iş yerlərinin yaradılmasına mühüm töhfə
verib.

