
Bakı.Trend:
Moldova hökuməti ölkədə yanacaq çatışmazlığı səbəbindən
energetika sektorunda 30 günlük həyəcan rejimi elan edib. Qərar
hökumətin iclasında qəbul edilib.
“Respublika üzrə Energetika sektorunda 30 günlük həyəcan
rejiminin elan edilməsini təklif edirəm”, – deyə ölkənin Baş naziri
Vasile Tofan Nazirlər Kabinetinin xüsusi iclasında bildirib.
Nazirlər Kabinetinin üzvləri Baş nazirin təklifini
dəstəkləyiblər. Bildirilir ki, qərar dövlət nəşrində dərc
edildikdən sonra qüvvəyə minəcək.
Bir gün əvvəl Moldova hökuməti ölkədə Dunay çayında su
səviyyəsinin azalması və Yaxın Şərqdə münaqişənin gərginləşməsi
səbəbindən dizel yanacağı qıtlığı yarandığını açıqlamışdı.
Bundan əvvəl isə ölkənin Ətraf Mühit Nazirliyi isti hava şəraiti
və iqlim dəyişiklikləri fonunda Dnestr çayında su səviyyəsinin
kritik həddə endiyini bəyan etmişdi. Moldova hakimiyyəti
vətəndaşları sudan qənaətlə istifadə etməyə çağırıb və Ukraynaya su
buraxılışının artırılması ilə bağlı rəsmi müraciət etmək imkanını
nəzərdən keçirir.

