Makron Türkiyəyə təşəkkür etdi (FOTO)

Baş səhifə

Bakı.Trend:

Fransa Prezidenti Emmanuel Makron meşə yanğınlarının
söndürülməsinə göstərdiyi yardıma görə Türkiyəyə təşəkkür edib.

Bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

“Təşəkkürlər, Türkiyə!” – deyə Makron Türkiyənin kənd
təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının paylaşımına
cavabında yazıb.




Bundan əvvəl türkiyəli nazir İspaniyadan sonra Türkiyəyə məxsus
iki yanğınsöndürən təyyarənin genişmiqyaslı meşə yanğınları ilə
mübarizədə iştirak etmək üçün Fransaya yola düşdüyünü bildirib.

Onun sözlərinə görə, Türkiyə təbii yanğınların nəticələrinin
aradan qaldırılmasında Avropa ölkələrinə dəstəyini davam
etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir