
Bakı. Trend:
Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının
Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin
edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin
mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib.
Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Əlimirzamin
Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan
Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılıb.

