Tramp İranın nüvə obyektini məhv etməklə hədələyib

Baş səhifə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp yenidən Natanz yaxınlığında, Kolang
dağı altında gizlədildiyi iddia olunan yeni İran nüvə obyektini
məhv etməklə hədələyib.

“Mən Kirk yaxınlığında baş verənləri dəqiq bilirəm. Bu, elə də
böyük problem deyil. Biz onların nüvə obyektlərini məhv etdik. Əgər
razılıq əldə olunmasa, Kirki də məhv etməli olacağıq. Razılıq əldə
olunmasa, bunu çox asanlıqla edəcəyik”, – deyə Ağ Evin rəhbəri “Fox
News” telekanalının canlı efirində bildirib.




Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir