Mərdəkanda dənizdə iki nəfər batıb

Baş səhifə

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

Modern.az xəbər veirr ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş – 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğlu xilas edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir