Qobustan qəsəbəsi ərazisində daha bir körpünün söküntüsünə başlanılıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi
ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində
yerləşən avtomobil körpüsünün söküntüsü işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən
məlumat verilib.

Məlumata görə, qeyd edilən körpünün, eləcə də magistral yolun
hər iki hərəkət istiqaməti üzrə yan yollarda yerləşən körpülərin
sökülərək yenidən inşa olunması barədə qərar aparılmış texniki
müayinələrin nəticələrinə əsasən qəbul edilib.




Layihə çərçivəsində mövcud körpülər sökülərək onların yerində
müasir norma və standartların tələblərinə cavab verən yeni
avtomobil körpüləri inşa olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir