
Bakı. Trend:
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla
İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş
keçirilib.
Görüş mediaya qapalı olub.
Ağ Evin mətbuat katibi Kerolayn Livit görüşün pozitiv və
məhsuldar keçdiyini açıqlayıb.
Tərəflərin İrandakı münaqişəni, Livandakı Üçtərəfli Çərçivə ilə
bağlı irəliləyişi və Abraham Sazişlərinin genişləndirilməsini
müzakirə edəcəyi gözlənilirdi.

