Bu il 11 saxta beynəlxalq dil sertifikatı aşkarlanıb – DİM

Baş səhifə

Bakı. Trend:

Bu il yoxlanılmış beynəlxalq dil sertifikatlarından 162-si
həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta və ya
qeyri-şəffaf üsullarla əldə olunduğu müəyyən edildiyi üçün qəbul
edilməyib.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin
aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin
təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda
keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi
çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son dövrlərdə qəbul imtahanlarında xarici
dil üzrə beynəlxalq sertifikatlarla bağlı məsələlər tez-tez gündəmə
gəlir:




“DİM-nin öz xarici dil imtahanları mövcuddur. Bununla yanaşı,
TOEFL, IELTS, Cambridge və digər beynəlxalq dil sertifikatları da
müəyyən şərtlərlə qəbul olunur. Bu sertifikatların ekvivalentliyi
və həqiqiliyinin yoxlanılması qaydaları 2023-cü ildə Dövlət İmtahan
Mərkəzinin Direktorlar Şurasının qərarı ilə təsdiq edilib. Həmin
qaydalara əsasən, təqdim olunan beynəlxalq dil sertifikatlarının
həqiqiliyi yoxlanılır. Bu proseslə bağlı bəzən narazılıqlar və
şikayətlər olur. Qısa olaraq qeyd etmək istəyirəm ki, xüsusilə
TOEFL Home Edition sertifikatları ilə bağlı müəyyən risklər
mövcuddur. Bu imtahanlar sertifikatlaşdırılmış imtahan
mərkəzlərində deyil, ev şəraitində keçirilir. Təəssüf ki, 2023-cü
ildən etibarən həmin imtahanlarda bəzi hallarda qeyri-obyektiv və
qeyri-şəffaf üsullardan istifadə edilməsi faktları aşkarlanıb”.

V.Misirov vurğulayıb ki, buna görə də bu sertifikatları təqdim
edən şəxslərin sənədləri qəbul olunarkən, onların həqiqiliyi DİM-in
müvafiq qaydalarına uyğun şəkildə əlavə yoxlamadan keçirilir:

“Education Testing Service (ETS) – Dövlət İmtahan Mərkəzinin
sorğularına cavab olaraq bəzi sertifikatların həqiqətən də saxta və
ya qeyri-qanuni yollarla əldə edildiyini təsdiqləyib. Buna görə də
həmin sertifikatların yoxlanılması tamamilə normal və zəruri
prosedurdur. Bu il yoxlanılmış beynəlxalq dil sertifikatlarından
162-si həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta
və ya qeyri-şəffaf üsullarla əldə olunduğu müəyyən edildiyi üçün
qəbul edilməyib. Bu cür yoxlamalar qəbul prosesinin şəffaflığını və
ədalətliliyini təmin etmək məqsədi daşıyır. Dünyanın bir çox
nüfuzlu universitetləri də beynəlxalq sertifikatların həqiqiliyinin
yoxlanılmasına xüsusi önəm verir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir