Leysan olacaq, çaylardan sel keçəcək – Xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

İyulun son günləri ölkə ərazisində leysan olacaq, çaylardan sel
keçəcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun
30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli
leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var.




Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli
sel keçəcəyi ehtimal olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir