Ağdamdakı yanğın genişlənib – Minalanmış ərazilərdə partlayışlar baş verir

Baş səhifə

Ağdam. Trend:

Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğın bu gün
Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, yanğının söndürülməsi məqsədilə
əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə
Bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.

Bundan əlavə, Mərzili istiqamətində ardıcıl partlayış səslərinin
eşidildiyi bildirilir. İlkin ehtimala görə, yanğının keçmiş təmas
xəttində yerləşən minalanmış ərazilərə yayılması nəticəsində
partlayışlar baş verir.

Hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində
tədbirlər davam etdirilir. Alov kolluq və yaşıllıq sahələrinə
yayılaraq ağac və kollara da ciddi ziyan vurur.




Qeyd edək ki, yanğın ötən gün başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına
görə, iyukun 28-də “112″ qaynar telefon xəttinə Ağdam rayonunun
Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və
Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş
verməsi barədə məlumatlar daxil olub.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Məlumata görə, minalanmış ərazilər və havanın küləkli olması
yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir