Sabah Abşeronun bir hissəsində qaz olmayacaq

Baş səhifə

Bakı.Trend:

Sabah Abşeron rayonunun bir hissəsində təmir-quraşdırma işləri
ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.




Bildirilib ki, iyulun 30-da saat 08:00-dan etibarən işlər başa
çatanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli,
Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin,
həmçinin Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin
qaz təchizatı dayandırılacaq.

Qeyd olunub ki, təmir-quraşdırma işləri başa çatdıqdan sonra
həmin ərazilərin qaz təchizatı mərhələli şəkildə bərpa
ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir