Qarabağda yanğınların söndürülməsini minalar çətinləşdirir – Ağdam sakini (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yay mövsümündə havaların kəskin istiləşməsi fonunda Qarabağ
bölgəsində açıq ərazilərdə baş verən yanğınların sayı artır.

Bunu Trend-in
Qarabağ bürosuna açıqlamasında Ağdam rayonunun Saybalı kənd sakini
Elgiz Məhərrəmov deyib.

Onun sözlərinə görə, təbii amillərlə yanaşı, bəzi hallarda
əraziyə səfər edən insanların məsuliyyətsiz davranışları da
yanğınların baş verməsinə səbəb olur.




“İsti hava şəraitində siqaret kötüklərinin və digər alışa bilən
tullantıların ətrafa atılması böyük təhlükə yaradır. Qarabağa gələn
bəzi şəxslərin diqqətsizliyi nəticəsində baş verən yanğınlar
kəndlərin və yaşıllıq ərazilərinin təhlükə altına düşməsinə səbəb
olur. Hava çox istidir. İstirahətə gələnlər, buradan keçənlər
arasında siqaret çəkib kötüyünü ətrafa atanlar olur. Hamı bu
məsələyə məsuliyyətlə yanaşmalıdır. Kəndimiz yenidən canlanır,
ağaclar böyüyür. Təəssüf ki, bəzən kiminsə məsuliyyətsizliyi belə
böyük yanğınlara yol açır”.

Sakin qeyd edib ki, yanğınların söndürülməsi bəzi ərazilərin
minalarla çirklənməsi səbəbindən daha da çətinləşir:

“Bu isə həm yanğınsöndürənlərin, həm də yerli əhalinin həyatı
üçün ciddi risk yaradır. Yerli sakinlər Qarabağa səfər edən hər
kəsi yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, siqaret
kötüklərini və digər alışa bilən tullantıları ətrafa atmamağa
çağırırıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir