
Bakı.Trend:
ABŞ İordaniyada yerləşən amerikalı hərbçilərə qarşı həyata
keçirilən hücuma cavab olaraq İrana güclü zərbələr endirmək
niyyətindədir.
“Fox News” telekanalının müxbiri Trey İnqstin bildirdiyinə görə,
bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Biz onlara çox sərt zərbə endirəcəyik. Onlar ağır cəzalarını
alacaqlar”, – deyə ABŞ liderinin sözlərini “Fox News” telekanalının
efirində jurnalist sitat gətirib.
Buna baxmayaraq, Tramp İranla danışıqları davam etdirməyə hazır
olduğunu da bildirib.
“Biz onlara danışıqları aparmağa imkan verəcəyik”, – deyə Ağ
evin rəhbəri vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ-nin hərbi hava
bazasına və burada yerləşən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığının (CENTCOM) qərargahına ballistik raketlərlə zərbə
endirdiyini açıqlamışdı.

