Husilər ticarət gəmilərindən haqq ala bilər

Baş səhifə

Bakı.Trend:

Yəməndəki husilər Qırmızı dənizdən keçən gəmilərdən keçid
haqqının alınması imkanını nəzərdən keçirirlər.

Bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan regional
mənbələrə istinadən məlumat yayıb.




Məlumata görə, husilər Səudiyyə Ərəbistanına qarşı dəniz
blokadası elan etdikdən bir həftə sonra Bab əl-Məndəb boğazından
keçən kommersiya gəmiləri üçün rüsum tətbiq etməyi müzakirə
edirlər.

Mənbələrin sözlərinə görə, İranın dəstəklədiyi qruplaşma Qırmızı
dənizi Ədən körfəzi ilə birləşdirən bu strateji su yolundan
istifadə edən əksər gəmilər üçün ödəniş tətbiq edilməsinin
mümkünlüyünü araşdırır. Bununla belə, bu addımın nə vaxt həyata
keçiriləcəyi hələ müəyyənləşdirilməyib. Bildirilir ki, Çin gəmiləri
bu ödənişdən azad ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir