CHP-li bələdiyyə sədri saxlanıldı

Baş səhifə

Türkiyənin Ankara şəhərinin Etimesqut rayonunda korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat korrupsiya ittihamları üzrə aparılan istintaq çərçivəsində həyata keçirilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Erdal Beşikçioğlu saxlanılaraq istintaqa cəlb edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Erdal Beşikçioğlu 2024-cü ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi Etimesqut bələdiyyə sədri seçilib. O, siyasətə qoşulmazdan əvvəl Türkiyənin tanınmış teatr və kino aktyorlarından biri kimi fəaliyyət göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir