SEPAH ABŞ-nin müdaxiləsi olduqca Hörmüz boğazının açılmayacağını bildirib

Baş səhifə

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ tərəfinin
müdaxiləsi və hədələri davm etdikcə Hörmüz boğazının açılmayacağını
bildirir.

Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH)
məlumatında öz əksini tapıb.

SEPAH bildirir ki, ABŞ tərəfinin hədələri və müdaxilələri
şəraiti daha da çətinləşdirir və mürəkkəbləşdirir.

“Hörmüz boğazı bizim ərazimizdir. SEPAH-ın hərbi dəniz qüvvələri
bu boğaza güclü şəkildə nəzarət edirlər. Minlərlə kilometr
uzaqlıqdan gələnlərə müdaxilə etmək icazəsi verilməyəcək”, -deyə
məlumatda vurğulanır.




SEPAH qeyd edib ki, ötən gecə ABŞ-nin dəstəyi ilə iki neft
tankeri Hörmüz boğazının təhlükəsiz olmayan hissəsindən keçməyə
cəhd edib. Bu tankerlərdən birində güclü yanğından sonra hər iki
tanker dərhal geri çəkilib.

Əlavə edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki,
İranda hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz təyyarə
qurğuları, sahil müşahidə və müdafiə məntəqələri və dəniz imkanları
da daxil olmaqla onlarla hədəfə zərbələr endirilib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir