Ərəb milyarder FIFA-nın prezidenti ola bilər

Baş səhifə

Bakı.Trend:

Avropa futbol rəsmiləri Fransanın “Paris Sen-Jermen” (PSJ)
klubunun prezidenti Nasser əl-Xəlaifinin Beynəlxalq Futbol
Federasiyasına (FİFA) rəhbərlik vəzifəsinə namizədliyinin irəli
sürülməsi imkanını nəzərdən keçirirlər.

Bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat
yayıb.

Məlumata görə, əl-Xəlaifinin namizədliyi ilə bağlı müzakirələr
hələ 2026-cı il dünya çempionatı zamanı başlayıb. Adı açıqlanmayan
avropalı rəsminin sözlərinə görə, xüsusilə FİFA prezidenti Canni
İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir
hissəsini satmağı planlaşdırdığı barədə məlumatlar fonunda
əl-Xəlaifinin namizədliyi üçün “bütün şərtlər yetişib”.




Öz növbəsində, əl-Xəlaifinin nümayəndələri nəşrə bildiriblər ki,
onun FİFA-da vəzifə tutmaqla bağlı “qətiyyən heç bir iddiası,
niyyəti və ya marağı yoxdur”.

Qeyd edək ki, bundan əvvəl “The Times” qəzeti yazmışdı ki, Canni
İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini
özəl investorlara satmağı planlaşdırır. Nəşrin məlumatına görə, bu
sxem ona potensial olaraq on milyonlarla funt sterlinq gəlir gətirə
bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir