Kolleclərə ixtisas seçimi başlayır

Baş səhifə

Bakı. Trend:

Kolleclərə ixtisas seçimi mərhələsi başlayır.

Bu barədə məlumat “Abituriyent” jurnalının rəsmi sosial media
hesabında əks olunub.

Məlumata görə, 9 illik təhsil bazasında kolleclərin ixtisas
seçimi avqustun 3-dən 9-dək aparılacaq.




Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 3-cü nömrəsini
və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış
keçid balları”nı nəşr edib.

Jurnalları DİM-in inzibati binasından, “Abituriyent” satış
məntəqəsindən, həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və
Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnallar barədə ətraflı məlumatı www.abiturient.az saytında
əldə edə bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir