AQTA Yevlaxdakı hadisə ilə bağlı açıqlama yaydı

Baş səhifə

Bakı. Trend:

Yevlaxda gənc qızın zəhərlənmədən ölməsi ilə ehtimalı ilə bağlı
araşdırma başlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir:




“Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi
olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi
Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə
birgə araşdırmalara başlayıb”, – məlumatda bildirilib.

Qeyd edilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə
məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir