Polşada hava həyacanı səsləndirilib

Baş səhifə

Bakı.Trend:

İyulun 30-u səhər saatlarında Polşanın Lyublin rayonunda hava
həyəcanı siqnalı verilib.

Bu barədə Polşa KİV-də məlumat yayılıb.

Tarnava-Koloniya və Tokarı yaşayış məntəqələri arasında naməlum
obyektin səbəb olduğu ehtimal edilən çuxur və ətrafa səpələnmiş
qalıqlar aşkarlanıb.




Gecə saatlarında hərbçilər Rusiyanın Ukraynaya həyata keçirdiyi
kütləvi hücum zamanı Polşanın hava məkanına naməlum obyektin daxil
olduğunu qeydə alıblar.

Hakimiyyət orqanları ilkin ehtimala əsasən bunun Rusiyaya məxsus
raket ola biləcəyini düşünür. Lakin onun mənşəyi hələlik rəsmi
şəkildə təsdiqlənməyib. Hadisə yerinə baxış davam etdirilir.

Həmçinin bildirilir ki, Polşanın Baş naziri Donald Tusk cümə
axşamına planlaşdırılmış Nijnesilezsk rayonuna səfərini ləğv
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir