İranşəhrdə polis postuna silahlı hücum edilib, polis əməkdaşı öldürülüb

Baş səhifə

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polis əməkdaşlarına silahlı hücum edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, əyalət Polis İdarəsi bildirib , bu gün bir neçə minik avtomobili ilə hərəkət edən silahlı şəxslər İranşəhr rayonunda yerləşən polis nəzarət-buraxılış məntəqələrindən birində xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.

Hücum nəticəsində bir polis əməkdaşı həlak olub.

Məlumata görə, hadisəni törədən silahlı şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir