Almaniyada anomal istilər – Ölənlərin sayı 10 minə yaxınlaşır

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə Almaniyada anomal istilərin fəsadları nəticəsində
artıq təxminən 10 min nəfər həyatını itirib.

Bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Robert Kox İnstitutunun (RKI) həftəlik
hesabatında bildirilib.




Hesabata əsasən, iyulun 19-na olan vəziyyətə görə istilərin
təsiri ilə əlaqələndirilən ölüm hallarının təxmini sayı 9,8 min
nəfər təşkil edib. Bu göstərici 2016-cı ildən bəri istənilən tam
təqvim ili üzrə qeydə alınan rəqəmdən daha yüksəkdir. İnstitut qeyd
edib ki, son 10 ildə istilərlə bağlı ölüm hallarının ən yüksək
səviyyəsi buna qədər 2018-ci ildə qeydə alınmışdı.. Həmin il
ərzində təxminən 9 min nəfər həyatını itirmişdi.

2026-cı ildə qeydə alınan ölüm hallarının böyük hissəsi – 5
mindən çoxu – iyunun ikinci yarısındakı isti günlərin payına düşüb.
Həmin dövrdə Almaniyanın bir çox bölgəsində havanın temperaturu 40
dərəcə Selsiyə yaxınlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir