
Bakı.Trend:
Ermənistan təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Rusiya
ilə münasibətlərə alternativlər axtarır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə Rusiya ilə
münasibətlərdəki böhranın siyasi tərəfi ilə bağlı sualı
cavablandırarkən deyib.
“Ermənistan alternativlərə malik olmaq qərarına gəlib. Bundan
əvvəl onun, o cümlədən siyasi baxımdan alternativləri yox idi.
Məsələ bundadır ki, Ermənistan Çin, ABŞ, Böyük Britaniya,
Niderland, Fransa və digər ölkələrlə strateji münasibətlərə dair
sənədlər imzalayıb. Əvvəllər Ermənistan bu qədər ölkə ilə strateji
münasibətlər qura bilmirdi”, – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, Moskva İrəvandan münasibətlərdə
müstəsnalıq gözləyir.
“Biz bu yanaşmanı qəbul etmirik. Deyirik ki, münasibətlər
müstəsna olmamalıdır, amma mövcud olmalıdır”, – deyə Baş nazir qeyd
edib.

