SEPAH ABŞ-yə məxsus “F35” anqarını vurduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

Bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH)
İordaniyada ABŞ-nin hərbi bazasını bir neçə ballistik raketlə atəşə
tutub.

Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat
yayıb.

“ABŞ-nin Ələzrəq hərbi hava bazasına ballistik raket hücumunda
SEPAH-ın Aeronavtika Qüvvələri “F35” qırıcı təyyarələrinin
saxlandığı və təmir olunduğu anqarı atəşə tutublar. Nəticədə 3 ədəd
“F35” qırıcı təyyarəsi tam şəkildə məhv edilib və daha üç qırıcı
təyyarəyə ağır zərbələr endirilib”, -deyə məlumatda qeyd
olunur.

SEPAH bu hücumda bir neçə ABŞ hərbçisinin də öldüyünü
bildirib.




SEPAH qeyd edib ki, bu hücum ABŞ-nin İranın Qeşm adasına
hücumuna reaksiya olaraq həyata keçirilib.

Əlavə edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki,
30 iyulda İranda hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz
təyyarə qurğuları, sahil müşahidə və müdafiə məntəqələri və dəniz
imkanları da daxil olmaqla onlarla hədəfə zərbələr endirilib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir