57 kq narkotik vasitə və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarılıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə
İdarəsi 57 kq narkotik vasitə və 1981 ədəd psixotrop həbi
dövriyyədən çıxarıb.

Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının
alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Belə ki, Abşeron
və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq
cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov
saxlanılıblar. Onlardan ümumilikdə 57 kiloqram heroin,
metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr
əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə
qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz
dövriyyəsini təşkil etdikləri müəyyən edilib.




Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxslər barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir