
Bakı. Trend:
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən
sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, yaşa görə pensiya təyin edilmiş şəxs pensiya
təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili
tamam olduqda onun pensiyası yenidən hesablanaraq artırılır.
İşləyən pensiyaçıların pensiyalarının bu qaydada yenidən
hesablanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
ötən ilin sonundan proaktiv mexanizm üzərindən avtomatik qaydada
həyata keçirilir.
Qeyd olunan hesablanmanın proaktivləşdirildiyi dövrdən indiyədək
yaşa görə pensiya alan 1300-dən çox işləyən pensiyaçının pensiyası
6 illik yenidən hesablanma ilə əlaqədar yenidən hesablanaraq
artırılıb.
Müvafiq qaydada pensiyaları yenidən hesablanan şəxslərə bu
barədə SMS bildirişləri ilə məlumat da göndərilir.

