
Bakı.Trend:
Rumıniyanın paytaxtı Buxarestdə çobanların keçirdiyi etiraz
aksiyasında asayış keşikçiləri ilə nümayişçilər arasında qarşıdurma
yaşanıb.
Bu barədə “Digi24” telekanalı məlumat yayıb.
Bir qrup etirazçı Rumıniyanın Milli Sanitariya-Baytarlıq və Qida
Təhlükəsizliyi İdarəsinin (ANSVSA) binasına doğru irəliləməyə
çalışıb. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan
istifadə edib.
Qeyd edək ki, etirazçılar qoyun və quzu ixracına qoyulan
məhdudiyyətlərin aradan qaldırılmasını, onlara dəymiş ziyanın
kompensasiya edilməsini və ANSVSA-nın sədrinin vəzifədən azad
olunmasını tələb edirlər.

