Qaxda ağır qəza: Bir nəfər ölüb, yaralılar var

Baş səhifə

Bakı.Trend:

Bu gün saat 16:00 radələrində Şəki-Qax-Zaqatala avtomobil
yolunun Qax rayonu ərazisindən keçən hissəsində “Mercedes” və
“Niva” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən
ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in
məlumatına görə, qəza nəticəsində “Mercedes” avtomobilinin
sərnişini, 60 yaşlı Tacəddin Əhmədov hadisə yerində vəfat edib.




Qəza zamanı “Mercedes”in sürücüsü, 44 yaşlı Xəyal Həşimov,
“Niva”nın sürücüsü, 66 yaşlı Novruz Mənəfov, eləcə də “Mercedes”də
olan digər sərnişin, 52 yaşlı Zaur Abdullayev müxtəlif dərəcəli
bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə
səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir