
Bakı.Trend:
Tehranda Oman rəsmiləri ilə Hörmüz boğazı ilə bağlı keçirilən
danışıqlar bir neçə mərhələdə davam edir.
“Al-Jazeera” telekanalının məlumatına görə, bu barədə İran XİN
mətbuat xidməti məlumat yayıb.
XİN-in sözçüsü İsmayıl Bəqayi qeyd edib ki, ötən həftə Tehranda
başlayan Oman rəsmiləri ilə danışıqlar davam edir və cümə axşamı da
əlavə görüşlər keçirilib.
O eyni zamanda beynəlxalq gəmiçiliyin işində yaranan fasilələrə
görə ABŞ və İsrailin hərbi müdaxiləsini əsas amil kimi
göstərib.
“Hazırda aydın olan budur ki, Hörmüz boğazı Amerikanın
hərəkətləri və bu su yolunda yaratdığı təhlükəsizlik problemləri
səbəbindən bağlıdır. Beynəlxalq gəmiçilik yalnız Amerikanın
hərəkətləri ucbatından zərər görür” , – deyə Bəqayi ILNA
agentliyinə bildirib

