Durov Rusiyanın onu terrorçular siyahısına salınmasının səbəbini açıqlayıb

Baş səhifə

“Telegram”ın həmtəsisçisi Pavel Durovun Rusiyanın terrorçular və ekstremistlər siyahısına salınmasının səbəbi, hakimiyyətin “Telegram”da “kütləvi izləmə və senzura tələblərini yerinə yetirməkdən imtina etməsidir.

APA xəbər verir ki, Durov bu barədə öz “Telegram” kanalında məlumat verib.

Durov daha sonra istehzalı paylaşım edərək özünün terrorçuların əlaltısı adlandırılmasını Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Taliban nümayəndələri ilə görüşü fonunda müqayisə edən şəkil paylaşıb.

Qeyd edək ki, Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti (Rosfinmonitorinq) “Telegram”ın həmtəsisçisi Pavel Durovu terrorçu və ekstremistlər siyahısına daxil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir