“Zirə” Konfrans Liqasında mübarizəni dayandırıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” II
təsnifat mərhələsində cavab oyununa çıxıb.

Bakı klubu Estoniyanın “Payde” komandasını qəbul edib. Sumqayıt
şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə
yekunlaşıb.




Hesabı 5-ci dəqiqədə “qartallar”ın heyətində Eren Aydın açıb.
71-ci dəqiqədə rəqibin heyətində Henri Anyer tarazlığı bərpa
edib.

“Payde” ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün adını
növbəti raunda yazdırıb. Rəşad Sadıqovun komandası isə
avrokuboklarla vidalaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir