Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da
Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada və
mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq
münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları arasında da
səmərəli əməkdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.

Transsərhəd cinayətkarlıq, kibercinayətkarlıq və digər müasir
çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti
qeyd olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə və
məlumat mübadiləsinin davam etdirilməsinin əməkdaşlığın daha da
dərinləşdirilməsinə xidmət edəcəyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Gürcüstanın prokurorluq orqanları
arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev
iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir