
Bakı. Trend:
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür
mədəninin çökməsi nəticəsində azı doqquz nəfər həlak olub.
Bu barədə “Geo TV” xilasedici xidmətlərə istinadla məlumat
yayıb.
Mədən sahibinin sözlərinə görə, hadisəyə metan qazının
partlayışı səbəb ola bilər. Qəza zamanı mədəndə 42 işçinin olduğu
bildirilir. Onlardan bir neçəsinin dağıntılar altında qala biləcəyi
ehtimal olunur.
Hazırda xilasetmə əməliyyatları davam etdirilir.

