Taleh Kazımov: Cari əməliyyatlar balansında 1,4 mlrd. dollarlıq profisit yaranıb

Baş səhifə

Cari əməliyyatlar balansı bu ilin birinci yarısında 1,4 milyard dollar profisitlə bağlanıb ki, bu da ÜDM-in 9,5%-nə bərabərdir.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

O həmçinin qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları ilk altı ayın nəticələrinə görə, 85,8 milyard dollara çatıb:

“Bu, ilin əvvəlindən 700 milyon dollar və ya 0,8% artım deməkdir. Mövcud strateji valyuta ehtiyatları ölkənin 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir və geniş pul kütləsini 3,4 dəfə üstələyir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir