
Bakı. Trend:
Bu ilin sonunda Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta
bazarına müdaxilə edəcəyini proqnozlaşdırır.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının
(AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu
gün keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, cari ilin 6 ayında valyuta bazarında təklif tələbi
əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd
seqmentlərdə özünü göstərib. 2026-cı ilin 6 ayında mübadilə
şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı
satışını 482 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin
əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.8 faiz bəndi
azalaraq 2026-cı ilin iyununda 25.6%-ə enib.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə
əhəmiyyətli artdığı şəraitdə Mərkəzi Bank tərəfindən alışyönlü
müdaxilə həyata keçirilib. Cari ilin ötən dövründə Mərkəzi Bankın
valyuta ehtiyatları 2.2 mlrd. ABŞ dolları məbləğində və ya 19.5%
artaraq 13.8 mlrd. ABŞ dolları təşkil etmişdir.

