
Bakı. Trend:
Ağdam–Xankəndi dəmir yolunun tikintisinin 44 faizi
tamamlanıb.
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən verilən məlumata görə,
hazırda layihələndirmə işlərinin 90 faizi, tikinti-quraşdırma
işlərinin isə təxminən 44 faizi başa çatıb.
Bildirilib ki, emumi uzunluğu 30,8 kilometr olan dəmir yolu
xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və
47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis
qurğusunun inşası nəzərdə tutulur.
Məlumata əsasən, Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa
olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq
tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində isə
tikinti işləri sürətlə davam etdirilir.
Qeyd olunub ki, Ağdam–Xankəndi dəmir yolunun istismara verilməsi
Qarabağda nəqliyyat əlçatanlığının artırılmasına, regionun
sosial-iqtisadi inkişafına, eləcə də Bakıdan Xankəndiyə “Böyük
Qayıdış” prosesinin sürətlənməsinə mühüm töhfə verəcək.

