ABŞ və İsrail İranı tam blokadaya ala bilər

Baş səhifə

Bakı.Trend:

ABŞ və İsrail İrana qarşı quru blokadasının tətbiqi imkanını
nəzərdən keçirirlər.

Bu barədə “The Daily Telegraph” qəzeti yüksək vəzifəli İsrail
mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, quru blokadası İrana iqtisadi təzyiq
göstərilməsi variantlarından biri hesab olunur. Bildirilir ki,
planın həyata keçirilməsi üçün ABŞ və İsrail İranın qonşu
ölkələrinə sərhəd-keçid məntəqələrini bağlamaq və ya tranzit
qaydalarını sərtləşdirmək məqsədilə təzyiq göstərməlidirlər.
Bununla da İslam Respublikası ilə ticarətin məhdudlaşdırılması
nəzərdə tutulur.




“The Daily Telegraph” vurğulayır ki, ABŞ Prezidenti Donald Tramp
administrasiyası Hörmüz boğazının açılmasına yönəlmiş hazırkı hərbi
strategiyanın öz imkanlarını tükətdiyini hesab etdiyi üçün quru
blokadası variantını nəzərdən keçirir.

Ağ Evin nümayəndəsi isə bildirib ki, Trampın “ixtiyarında bütün
variantlar mövcuddur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir