
Bakı.Trend:
Fələstinin HƏMAS hərəkatı bəyan edib ki, təşkilatın
silahsızlaşdırılması məsələsi İsrailin razılaşmanın bütün
müddəalarını yerinə yetirməsindən asılıdır və xüsusilə qoşunların
Qəzza zolağından tam çıxarılması, eləcə də İsrailin hücumlarının
dayandırılması ilə bağlıdır.
Bu barədə hərəkatın rəsmi “Telegram” kanalında dərc olunan
bəyanatda bildirilir.
HƏMAS şərtlər sırasında inzibati komitənin fəaliyyətə
başlamasını, bölgəyə beynəlxalq qüvvələrin yerləşdirilməsini, eləcə
də fələstinlilərin öz müqəddəratını təyin etmək hüququna təminat
verilməsini və müstəqil Fələstin dövlətinin yaradılmasını qeyd
edib.
Qeyd edək ki, iyulun 31-də ABŞ Prezidenti Donald Tramp HƏMAS
silahlı birləşmələrinin tam tərksilah edilməsini nəzərdə tutan
razılaşmanın əldə olunduğunu bəyan edib.

